Fərid Quliyev nə qədər müqavilə imzalayıb?

12:32 - 23 İyul 2013

Hücumçumuz bir illik sözləşməyə imza atdı
 
Millimizin sabiq futbolçusu Fərid Quliyevin “Kahramanmaraşspor”la bağladığı müqavilənin müddətinə aydınlıq gəlib. Sportal.az saytının məlumatına görə, hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Hazırda komandasının Kartəpə toplanışı başa çatdığı üçün Fərid Türkiyədən Bakıya qayıdıb. O, əşyalarını götürək sabahdan Türkiyənin Qəhrəmanmaraş şəhərində olacaq. 

Qeyd edək ki, onun ötən həftəsonu Türkiyə klubu ilə müqavilə bağladığı bildirilsə də, anlaşmanın müddəti açıqlanmamışdı.
 

Xəbər xətti