Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda

18:36 - 23 İyul 2013

Murad Axundzadə PTT Birinci Liqa klubunda
 
Fərid Quliyevi heyətinə qatan Türkiyənin “Kahramanmaraşspor” klubu daha bir futbolçumuzu rənglərinə bağlayıb.
 
Sportal.az xəbər verir ki, PTT Birinci Liqa klubu Murad Axundzadəni transfer edib.
  
Türkiyə mətbuatının məlumatına görə, “Kahramanmaraşspor” Muradla 3 illik müqavilə bağlayıb. Axundzadə hazırda klubun düşərgəsindədi və məşqlərdə iştirak edir.
  
Qeyd edək ki, Murad “Kahramanmaraşspor”un Kartepedəki təlim-məşq toplanışına dəvət edilmişdi. Texniki heyət baxışdan keçən futbolçu ilə bağlı müsbət qərar verib və onunla müqavilə imzalanıb. Türkiyə mediasının məlumatına görə, o, əvvəllər “Qalatasaray” və “Kasımpaşa”nın A2 komandalarına da dəvət edilib. Lakin legioner limiti üzündən müqavilə bağlanmaylb.
  
Muradın son iş yeri “Ağsu” olub. Son mövsümdə bu komandanın heyətində çempion olan futbolçu əvvəllər “Rəvan”da və 17 yaşadək futbolçulardan ibarət millimizdə çıxış edib.
 
 

Xəbər xətti