FİFA referimiz UEFA-dan təyinat aldı
Azərbaycanlı hakim Anar Salmanov UEFA-dan daha bir təyinat alıb.
Sportal.az xəbər verir ki,, FİFA referimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Tromse" (Norveç) - "Differdanj" (Lüksemburq) matçını idarə edəcək.
Oyun avqustun 1-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Tromse" Avroliqanın II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "İnter"i mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "İnter" doğma azarkeşləri önündə 1:0 qələbə qazansa da, bu növbəti mərhələyə keçmək üçün yetərli olmayıb.
saytlarin hazirlanmasi