"Mən çox istedadlı oyunçulara məşq keçmişəm, amma Ronaldu fenomendir"

18:36 - 27 İyul 2013

Ançelotti forvarda tərif yağdırdı 
 
“Real” Madridin baş məşqçisi Karlo Ançelotti Kriştianu Ronalduya heyran qaldığını etiraf edib. 
  
Sportal.az xəbər verir ki, Ançelotti Ronaldunun məharətlərindən danışıb: 
  
“Mən çox istedadlı futbolçuları məşq etdirmişəm, amma Ronaldu fenomendir. Onun mükəmməl istedadı, fiziki hazırlığı var və mən şadam ki, ona məşq keçirəm.
  
O, əsl peşakardır, mən əminəm ki, onu əla mövsüm gözləyir”.

Xəbər xətti