Branimir Subaşiç qol vurdu, "Orduspor" qalib gəldi

05:41 - 28 İyul 2013

Futbolçularımızın komandaları qarşı-qarşıya gəldi

 

Türkiyə PTT Birinci Liqasında çıxış edən futbolçularımızın komandaları yoxlama oyununda qarşı-qarşıya gəliblər. 

 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin formasını geydiyi “Orduspor”la Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Denizlispor” klubları münasibətlərinə aydınlıq gətiriblər. Hər iki futbolçumuzun da start heyətdə meydana çıxdığı qarşılaşmanı Ordu təmsilçisi 2:1 hesabı ilə qazanıb.
 
 
 
Yoxlama oyunu
27 iyul
 
"Orduspor" - "Dənizlispor" - 2:1
Qollar: Branimir Subaşiç, 10(pen.), Kletsov, 86 - Kahe, 60. 

Xəbər xətti