"İnter" və "Bakı" eyni pillədə
Azərbaycanın futbol klublarının UEFA reytinqindəki yeni mövqeyi müəyyənləşib. Sportal.az xəbər verir ki, bütövlükdə 457 klubun yer aldığı siyahıda Azərbaycanın yeddi komandası var.
Bunlar “Neftçi”, “Qarabağ”, “İnter”, “Bakı”, “Xəzər Lənkəran”, AZAL və “Simurq”du.
Hazırda ən yüksək reytinqə malik iki klubumuz var. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməklə böyük uğura imza atan son ölkə çempionu “Neftçi” bu mövsümkü uğursuzluğu ilə “Qarabağ”ın ona çatmasına şərait yaratdı. Belə ki, ölkəmizin iki ən köklü klubu eyni xalla 199-cu pilləni bölüşürlər. Amma Ağdam klubunun avrokuboklardakı çıxışını davam etdirdiyini nəzərə alsaq, “Qarabağ”ın “Neftçi”ni keçməsi istisna deyil.
“İnter” də “Bakı” ilə reytinq xallarının sayını bərabərləşdirib və hazırda bu iki paytaxt klubu 281-ci pilləni bölüşdürürlər. “Xəzər Lənkəran”, AZAL və “Simurq” isə daha geridədilər.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan İsveçin “Gefle” klubunun da mövqeyi az maraq doğurmur. Belə ki, ağdamlıların gələn həftə üz-üzə gələcəyi bu komanda UEFA reytinqində Azərbaycan təmsilçisindən daha geridədi. Ümid edək ki, “Qarabağ”dan daha güclü olduğunu meydanda da sübut edə biləcək.
Bütövlükdə, klublarımızın reytinqdəki mövqeləri və xal durumları belədi:
S/SKlub 09/10 10/11 11/12 12/13 13/14 R.xalı
199 Neftçi 0.3000 0.4000 1.2750 3.6000 1.4000 6.975
200 Qarabağ 1.8000 1.9000 1.2750 0.6000 1.4000 6.975
281 İnter 0.5500 1.4000 0.2750 1.1000 0.9000 4.225
282 Bakı 1.8000 0.9000 0.2750 0.8500 0.4000 4.225
303 Xəzər Lənkəran 0.3000 0.6500 0.7750 1.1000 0.9000 3.725
377 AZAL 0.3000 0.4000 0.5250 0.6000 0.4000 2.225
378 Simurq 0.5500 0.4000 0.2750 0.6000 0.4000 2.225
saytlarin hazirlanmasi