"Şaxtyor" "Neftçi" ilə müqayisədə zəifdi

13:54 - 28 İyul 2013

Pero Peyiç:"Biz oyunu barədə az məlumatımız olan bir komanda ilə qarşılaşacağıq"

 

Albaniyanın “Skenderbeu” klubunun hücumçusu Pero Peyiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibləri olan Qazaxıstanın “Şaxtyor” klubu barədə fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Biz oyunu barədə az məlumatımız olan bir komanda ilə qarşılaşacağıq. Amma onu deyə bilərəm ki, “Şaxtyor” “Neftçi”dən zəifdi. Biz azərbaycanlılarla iki ağır oyun keçirdik. Fikrimcə, “Şaxtyor”la oyunlar da belə keçə bilər. Əlbəttə, “Neftçi”yə qarşı oynadığımız kimi çıxış edə bilsək, şansımız çox olacaq”.

Xəbər xətti