"Rubin" "Terek"lə bacarmadı
Rusiya Premyer Liqasında III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” növbəti matçına çıxıb. “Terek”lə səfərdə üz-üzə gələn Kazan təmsilçisi meydandan 0:0 hesablı bərabərliklə ayrılıb. Baş məşqçi Qurban Berdıyev Abışovu 18-liyə daxil etsə də, 90 dəqiqə boyunca ona şans verməyib.
Qeyd edək ki, üç turdan sonra 5 xal toplayan Kazan təmsilçisi turnir cədvəlində dördücü yeri tutur.
saytlarin hazirlanmasi