Azarkeşlər Arif İsayevin doğum gününü belə qeyd etdi VİDEO

11:24 - 29 İyul 2013

Futbolçumuz növbəti yaşını Türkiyədə keçirtdi

 

Türkiyənin I Liqa klubu "Dənizlispor"da çıxış edən futbolçumuz Arif İsayev dünən doğum gününü qeyd edib.

 

Sportal.az xəbər verir ki, futbolçumuzu klubun azarkeşləri tək buraxmayıblar. Belə ki, Boluda təlim-məşq toplanışında olarkən bir qrup azarkeş klubun düşərgəsinə gələrək futbolçumuza sevgilərini bildiriblər.

 

Qeyd edək ki, futbolçumuzla birlikdə "Dənizlispor"da çıxış edən Süleyman Çelikyurt da ad gününü qeyd edib. 

Xəbər xətti