Ramin Musayev jurnalistlərin səsinə səs verdi
“Bundan sonra jurnalistlərin sərbəst şəkildə öz işini görməsi üçün hər cür şərait yaradılacaq”.
Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Federasiyasının prezidenti Ramin Musayev deyib. Musayev Azərbaycan idman jurnalistlərinin yaydığı birgə bəyanata münasibət bildirib:
“Ötən mövsüm Azərbaycan kubokunun final matçında yaşananlar hər birimizin yadındadır. Bu matçdan sonra qərara gəldik ki, mühafizəçilərin müdaxiləsinin qarşısı alınmalıdır. Bundan sonra futbolçuların, məşqçilərin hakimlərin olduğu yerdə heç bir klub mühafizəçisi ola bilməz. Olarsa, həmin kluba 0-3 hesablı texniki məğlubiyyət veriləcək. Bu bənd artıq əsasnaməmizə əlavə edilib. Jurnalistlərin işini görməsinə heç kim müdaxilə edə bilməz. Onların sərbəst şəkildə öz işini görməsinə şərait yaradılacaq. Bundan sonra heç bir jurnalistə qarşı hörmətsizlik edilə bilməz.”
Qeyd edək ki, idman jurnalistlərinin bəyanatında bildirilib ki, Azərbaycan Premyer Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Bəyanatda AFFA və klublara xəbərdarlıq, bu cür halların təkrar olunmamağı tələb edilib.
azxeber.com
saytlarin hazirlanmasi