Anar Salmanov III təsnifat mərhələsində

17:01 - 29 İyul 2013

Zeynal Zeynalov və Rza Məmmədov referimizə kömək edəcək

 

FIFA referisi Anar Salmanov UEFA Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alıb.

 

Sportal.azxəbər verir ki, o, avqustun 1-də Norveçin "Tromse" klubu ilə Lüksemburqun "Differdange" komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

 

Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək. Oyunun UEFA nümayəndəsi almaniyalı Thomas Weyhing olacaq.

Xəbər xətti