AFFA süniləşdirməkdə davam edir FOTOLAR

17:58 - 29 İyul 2013

Bu lahiyə regionlarda da həyata keçirilir

 

Futbol infrastrukturunun müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə AFFA tərəfindən müxtəlif layihələr həyata keçirilir.

 

Sportal.az xəbər verir ki, süni örtüklü meydançaların inşası da bu layihələrdən biridir. Respublkanın müxtəlif bölgələrində tikilən belə meydançalar təmənnasız olaraq uşaq və yeniyetmələrin ixtiyarına verilir ki, bu da öz növbəsində futbolun kütləviliyinin artmasına müsbət təsirini göstərir. Paytaxt Bakıda və ayrı-ayrı regionlarda 100-dən artıq süni örtüklü meydança inşa olunub. Bu meydançalarda vaxtaşırı təmir və yenidənqurma işləri də aparılır, istismara yararsız örtüklər yenisi ilə əvəzlənir.

 

Bugünlərdə Siyəzən şəhərində 1 yeni süni örtüklü meydança tikilərək istifadəyə verilib, digərinin isə örtüyü yenilənib. Bundan əlavə, Bakının Şüvəlan qəsəbəsində və Şabran şəhərində meydançaların süni örtüyü yenisi ilə əvəz olunub, Şabrandakı meydançada azarkeşlər üçün oturacaqlar quraşdırılıb.

 

Xəbər xətti