27 yaşlı futbolçu ürəktutmasından keçinib
Bu gün Ekvador millisinin hücumçusu Kristian Benites dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası məlimat yayıb. Mədə ağrılarından əziyyət çəkən 27 yaşlı futbolçu ağrıları kəskinləşdiyinə görə, xəstəxanaya müraciyət edib və 1 saat sonra ürəktutmasından keçinib.
Qeyd edək ki, Ekvador millisi ilə ümumilikdə 58 oyun keçirmiş və 24 qola imza atan Benites karyerası ərzində Ekvadorun “El Nasional”, Meksikanın “Santos Luqano”, İngiltərənin “Birmingem” klublarında oynayıb. Onun son komandası isə Meksikanın “Amerika” klubu olub.
saytlarin hazirlanmasi