Berti Foqts: "Yayılan şayiələr başdan-ayağa boş söz-söhbətdi"

17:01 - 30 İyul 2013

Baş məşqçi Azərbaycan millisini tərk eləməsiylə bağlı açıqlama verdi

 

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa əvəzləyici axtarmağa başladıqları haqda bir müddət öncə açıqlama vermişdi.

 

Sportal.az xəbər verir ki, almaniyalı çalışdırıcı ölkəsində verdiyi açıqlamada postunu tərk edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

 

“Azərbaycan millisini vaxtından əvvəl tərk edəcəyimlə bağlı yayılan şayiələr başdan-ayağa boş söz-söhbətdi. Bu ilin sonunda müqaviləm başa çatır. Artıq 6 ildi Azərbaycandayam. Anlaşmam başa çatandan sonra bir yerə yığışıb, işimi müzakirə edəcəyik. Əgər 6 il ərzində heç bir titul qazanılmırsa, deməli, əməkdaşlığımızın davamının müzakirə olunması normaldı”.

 

Foqts Azərbaycan yığmasını 2008-ci ildən çalışdırır. Onun rəhbərliyi ilə komanda artıq üçüncü seçmə mərhələni başa vurmaq üzrədi. 

Xəbər xətti