Tiyaqo Silva "Barselona"nı rədd etdi və müqaviləsini artırdı

18:28 - 30 İyul 2013

Futbolçunun maaşı artdı
 
PSJ-nin braziliyalı müdafiəçisi Tiyaqo Silva klubunu dəyişməyəcək. 
 
Sportal.az xəbər verir ki Tiyaqo Silva PSJ ilə 2018-ci ilədək davam edəcək yeni müqaviləyə imza atıb. Əvəzində fransız klubu futbolçunun illik gəlirini 12 milyon avroya çıxarıb. “Barselona”nın israrla heyətinə qatmaq istədiyi Silva yenidən PSJ-nin uğuru üçün çalışacaq. Qyd edək ki, Tiyaqo Silva ötən mövsüm 42 milyon avro müqabilində “Milan”dan PSJ-yə transfer olub.

Xəbər xətti