Daha bir futbolçumuz "Mançester Yunayted"də

17:11 - 2 Avqust 2013

Nigar Mirzəliyeva İngiltərəyə yollanır
 
AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təşkil olunan təlim-məşq toplanışında iştirak etmək üçün Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil edilmiş və 32 ən istedadlı uşaq seçilərək toplanışa cəlb olunmuşdu.
 
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən Bakıda keçirilən toplanışda iştirak edən uşaqların arasından 6 nəfər seçilmiş və onların İngiltərənin Mançester şəhərinə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçəcəyi xəbər verilmişdi. Bakıdakı toplanışda məşqçilər tərəfindən seçilmiş Nigar Mirzəliyeva avqustun 3-dən 10-dək Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində olacaq. Onu AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova müşayiət edəcək.

Xəbər xətti