"Barselona" "Santos"a divan tutdu VİDEO

11:42 - 3 Avqust 2013

"Nou-Kamp"da "qol yağışı" 

 

İspaniya nəhəngi "Barselona" yoldaşlıq oyununda Braziliyanın "Santos" klubunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, "Nou-Kamp"da baş tutan yoxlama matçında ispanlar rəqibinə divan tutub. Kataloniya klubu "Santos"u meydana çıxmağa peşman edib və qapısından 8 cavabsız top keçirib. Matçda Sesk Fabreqas və Lionel Messi iki dəfə, Aleksis Sançes, Pedro Rodrigez, Donqu və Adriano isə hərəyə bir dəfə fərqlənib.

 

Qeyd edək ki, "Santos"dan "Barselona"ya transfer olunan Neymar "Nou-Kamp"da ilk oyununa çıxıb. 

 

Xəbər xətti