"Foqtsun milliyə çağrılan futbolçulardan heç xəbəri də olmur"

18:50 - 5 Avqust 2013

Natiq Muxtarlı: "Elxan Məmmədov onun qarşısına hazır siyahı qoyur"

 

“Mətbuat dəfələrlə qeyd edib ki, millinin heyəti futbolçuların komandaların heyətində göstərdiyi oyuna görə müəyyənləşmir. Foqtsun milliyə çağrılan futbolçulardan heç xəbəri də olmur".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Komanda" qazetinin redaktoru Natiq Muxtarlı deyib. Muxtarlı Foqtsun millimizlə bağlı heç nədən xəbəri olmadığını vurvulayıb:

 

"Elxan Məmmədov onun qarşısına hazır siyahı qoyur. Vaqif Cavadov milliyə əmisi İsgəndər Cavadova görə çağırılmaya bilər. Çünki Cavadov mətbuata verdiyi açıqlamada demişdi ki, icraiyyə komitəsinin iclasını gözləyirəm, danışacam. Ona xəbərdarlıq ediblər yəqin. Cavadov da qohumuna görə danışmaz bundan sonra. Lap deyək ki, Berti Foqts komandasının heyətində stabil çıxış edın futbolçuları milliyə dəvət etdi... Nə dəyişəcək ki? Milli komanda kərəni kürə edəcək? Azərbaycan futbolunda kərənin kürə olması futbolçulardan, hətta Foqtsdan da aslı deyil. bunun üçün AFFA-nın prezidenti olmalıdı. Şəxsi mənafeyini yox, futbolu düşünən prezidenti”.

 

Sportarena.az

Xəbər xətti