Litva çempionatında azərbaycanlı futbolçu

11:38 - 6 Avqust 2013

İlqar Nəbiyev "Tauras" klubuna transfer olundu

 

Litvanın "Tauras" klubu azərbaycanlı futbolçu İlqar Nəbiyevi transfer edib.

 

Sportal.az xəbər verir ki, Nəbiyev 6 ay bu klubda çıxış edəcək. Daha sonra isə razılıq əldə olunarsa, müqavilənin müddəti uzadılacaq. 

 

Qeyd edək ki, İlqar Nəbiyev bundan öncə Moldovanın "Nistru" klubunun şərəfini qoruyub.

Xəbər xətti