Qurban Qurbanov 1, Ağabala Ramazanov isə 3 oyunluq cəzalandırıldı

12:54 - 6 Avqust 2013

"Neftçi" və "Xəzər Lənkəran" cərimələndi
 
İntizam Komitəsi yeni qərarlarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 03 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın I turunun “Neftçi” – AZAL matçının 13 və 36-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur. 
 
04 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur.
 
04 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın I turunun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
 
02 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Nefçti” – AZAL matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunqabağı nəzərdə tutulan iclasda polis və təcili-tibbi yardım briqadaları iştirak etmədiyi üçün meydan sahibi klub 1000 manat cərimə olunur.
 
03 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 36-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur. Oyunqabağı nəzərdə tutulan iclasda “Xəzər Lənkəran” klubunun nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur.
 
03 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “İnter” – “Qarabağ” matçının 32-ci dəqiqəsində “İnter” klubunun 32 №-li futbolçusu İlqar Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Xəbər xətti