AFFA U-12 liqası yaradır

15:48 - 6 Avqust 2013

Bakı və regionlar üzrə görüşlərə başlanıldı
 
2013-2014-cü il mövsümündən etibarən AFFA tərəfindən U-12 Liqası yaradılması planlaşdırılır.
 
Sportal.az xəbər verir ki, uşaq futbolunun inkişafı və kütləviliyin artırılması məqsədilə yaradılması nəzərdə tutulmuş bu liqaya hazırlıq və komandaların cəlb olunması məqsədilə AFFA tərəfindən Bakı və regionlar üzrə görüşlərə başlanıb. Artıq Bakı, Sumqayıt və Quba şəhərləri üzrə görüşlər keçirilib. 20-dən artıq komanda U-12 Liqasında iştirak edəcəyini təsdiqləyib. Digər regionlarda uşaq futbol məşqçiləri ilə keçirilməsi nəzərdə tutulmuş bütün görüşlərin təqvimini diqqətinizə çatdırırıq:
 
13.08.2013
Saat 13:00. Şəmkir  Olimpiya İdman Kompleksi
Saat 17:00. Göygöl şəhər stadionu
 
14.08.2013
Saat 13:00. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
Saat 17:00. Qəbələ şəhər stadionu
 
15.08.2013
Saat 14:00. Ağsu Şəhər stadionu
Saat 17:00. Heydər Əliyev adına İmişli şəhər stadionu
 
16.08.2013
Saat 14:00. Cəlilabad şəhər Stadionu
Saat 17:00. Lənkəran UGİM-in stadionu 

Xəbər xətti