"Barselona"da Neymar şoku

18:43 - 6 Avqust 2013

Futbolçu anemiya xəstəliyinə tutulub

 

"Barselona"nın futbolçusu Neymar yeni mövsümə hazırlıqlar zamanı xəstəliyə tutulub

 
Sportal.az xəbər verir ki, braziliyalı hücumçunun anemiya (qan azlığı) xəstəsi olduğu bildirilib. Ancaq bu xəstəliyin oyunçunun məşqlərə çıxmasına və komanda ilə çalışmasına bir problem yaratmadığı qeyd edilir. Neymarın yeni mövsüm öncəsi komanda ilə birgə Asiya turuna gedəcəyi açıqlanıb.
 
Qeyd edək ki, bundan əvvəl Neymar boğazında problem olduğu üçün əməliyyat olunmuşdu.

Xəbər xətti