Messi, Riberi yoxsa Ronaldo?

13:31 - 7 Avqust 2013

UEFA versiyası üzrə ən yaxşı futbolçu adına 3 namizəd

 
Lionel Messi, Frank Riberi və Kriştiano Ronaldo 2012-2013-cü il mövsümündə UEFA versiyası üzrə ən yaxşı futbolçu adına 3 namizəd siyahısına düşüblər.
 
 
Sportal.az xəbər verir ki, İspaniyanın "Barselona” klubunun hücumçusu Lionel Messi, Almaniya “Bavariya”sının yarımmüdafiəçisi Frank Riberi və “Real"ın forvardı Kriştiano Ronaldo jurnalistlərin və bütün UEFA assosiasiyalarından olan nümayəndələrin səsverməsi ilə seçiliblər. Qalib avqustun 29-da Monakoda Çempionlar Liqasının qrup mərhələ püşkatması zamanı məlum olacaq.
 
Messi İspaniya çempionatında “Barselona”nın heyətində 46 qol vurub və 5 dəfə dünyanın ən yaxşı futbolçusu adını alıb. Ronaldo 2012/13-cü ildə Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Riberi isə “Bavariya”nın çempionluq titullarının qazanmasında mühüm xidməti olub. Digər namizədləri belə sıralanıb:
 
4. Arien Robben
5. Robert Levandovski
6.Tomas Müller
7.Bastian Şvaynştayqer
8.Qaret Beyl
9.Zlatan İbrahimoviç
10. Robin van Persi 
 
Qeyd edək ki, UEFA versiyası üzrə ən yaxşı futbolçuya mükafat 3-cü dəfə veriləcək. Bu mükafat UEFA prezidenti Mişel Platininin təşəbbüsü ilə yaradılıb. 

Xəbər xətti