Azərbaycanlı futbolçular "Mançester Yunayted" - "Çelsi" oyununda

10:57 - 8 Avqust 2013

Oyunçularımız "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcəklər
 
AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov və Xəyal Əliyev avqustun 10-dan 27-dək AFFA-nın Elit Məşq layihəsinin koordinatoru Mirbağır İsayev və və Texniki departamentin əməkdaşı Ramin Həsənovun müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcəklər.
 
Sportal.az xəbər verir ki, Mançesterdə olduğu müddətdə onlar İngiltərə Premyer Liqasının II turu çərçivəsində "Old Trafford" stadionunda keçiriləcək "Mançester Yunayted" - "Çelsi" oyununu izləyəcəklər.
 
Qeyd edək ki, "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında məşqçilər tərəfindən seçilmiş Nigar Mirzəliyeva avqustun 3-dən etibarən Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbindədir.

Xəbər xətti