Avropanın iki çempionatında futbol həyəcanı başlayır

15:14 - 9 Avqust 2013

İlk tur bu gün start götürür
 
Bu gün Avropanın iki aparıcı çempionatında yeni mövsümə start veriləcək.
 
Sportal.az xəbər verir ki, həm Almaniya Bundesliqasında, həm də Fransa Liqa 1-də 2013-2014-cü il mövsümü bir oyunla başlayacaq. Almaniya çempionatının ilk turunda son çempion “Bavariya” doğma meydanda “Borussiya”nı (Münhenqladbax) qəbul edəcək. 
 
Fransa çempionatında isə Liqa-1-in son qalibi PSJ səfərdə “Monpelye”nin qonağı olacaq. 
 
Qeyd edək ki, hər iki oyun Baxı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti