"Onun özü də niyə milli komandaya dəvət almadığını düşünməlidi"

14:10 - 10 Avqust 2013

"Əgər o, milliyə çağırılmaq istəyirsə, əvvəlcə formasını bərpa etməlidi" 
 
Hollandiya millisinin baş məşqçisi Lui van Qal “Qalatasaray”ın futbolçusu Uesli Sneyderi yığmaya çağırmamasının səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, hollandiyalı mütəxəssis Sneyderi nə vaxtsa yenidən milli komandaya dəvət edəcəyini söyləyib:
 
“Ueslini planlarımın arasından, heyətdən tamamilə çıxarmamışam. Bəli, hazırkı heyətdə yoxdu. Amma bunun da bəzi səbəbləri var. Onun özü də niyə milli komandaya dəvət almadığını düşünməlidi. O, çox istedadlı futbolçudu. Əgər o, milliyə çağırılmaq istəyirsə, əvvəlcə formasını bərpa etməlidi. Ona ehtiyacımız olduğunda yenidən bu komandanın heyətində olacaq”. 
 
Qeyd edək ki, Hollandiya millisi avqustun 14-də Portuqaliya ilə yoldaşlıq oyununa çıxacaq. 

Xəbər xətti