"Fənərbaxça"dan Arda Turana inanılmaz təklif

16:16 - 12 Avqust 2013

Futbolçunun bu təklifə reaksiyası necə olacaq?
 
“Atletiko” Madridin ulduz futbolçusu Arda Turan Türkiyəyə qayıda bilər. 
 
Sportal.az türk mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça” prezidenti Əziz Yıldırım Ardanı transfer etmək üçün “Atletiko”ya 20 milyon avro təklif edib. Bundan əvvəl “Qalatasaray” türk futbolçu üçün ispan klubuna 16 milyon avro və Albert Rieranı təklif etsə də  “Atletiko” Ardanı satmayacağını bildirib.
 
Arda “Fənər” ə gələcəyi təqdirdə illik 6 milyon avro qazana biləcək və 10 nömrəli formanın da sahibi olacaq. “Atletiko” Madridin yaxın günlərdə bu təklifə reaksiya verəcəyi gözlənilir.

Xəbər xətti