UEFA-nın AƏFM layihəsi üzrə Gürcüstan seminarı başa çatıb

01:10 - 14 Avqust 2013

Seminarın davamı Oğuzda keçiriləcək

 

10 -13 Avqust 2013 cü il tarixlərində Gürcüstanın Zuqdudi şəhərində UEFA- nın lahiyəsi olan Açıq Əyləncəli Futbol Məktəblərinin Qafqaz üzrə seminarı başa çatdı.

Sportal.az xəbər verir ki, 3 gün davam edən seminarda həm nəzəri, həm də praktik məşğələlər keçirilmişdir.

 

Seminarda regionları təmsil edən liderlər iştirak etmişlər ki, onlar da bu seminarin davamı kimi növbəti ayda lahiyə üzrə Oğuz rayonunda keçiriləcək seminarda məşqçi-müəllimlərin iştirakini təmin edəcəklər.

Sonra isə seçilmiş rayonlarda, o cümlədən bizim regionda Astara, Lənkəran və Cəlilabad şəhərlərində 300-dən yuxarı yeniyetmələrin iştirakı ilə keçirilən AƏFM lahiyəsi üzrə tədbirdə futbol geyimləri və ləvazimatlarla təmin olunacaq.

Xəbər xətti