Birinci Divizion klublarının Naxçıvana səfərini AFFA maliyyələşdirəcək

14:37 - 14 Avqust 2013

İcraiyyə Komitəsinin iclasında bu barədə qərar qəbul olundu
 
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Sportal.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və müxtəlif qərarlar qəbul edilib.
 
Müzakirə olunan məsələlər arasında “Araz”a lisenziya verilməsi də olub. Komitə Naxçıvan təmsilçisinə birinci divizionda çıxış etmək üçün lisenziya verib.
 
Digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.
 
Qeyd edək ki, AFFA bundan əvvəl “Araz”ın yerli liqada oynamasını təklif etmişdi.

Xəbər xətti