Limitə dəyişiklik edildi
AFFA-nın İcraiyyə Komitəsi I divizionda limitlə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, bu yaxınlarda start götürəcək mövsümdə hər komandanın heyətində meydana yaşı 21-dək olan ən azı 6 futbolçu çıxmalıdır.
Bu isə o deməkdir ki, martda keçirilən yığıncağında 2013/14 mövsümündə hər komandanın meydanda 8 belə oyunçusunun olması ilə bağlı qəbul edilən qərar dəyişdirilib. Məsələyə yenidən baxılmasına klubların və futbolçuların ciddi narazılığı səbəb olub. Bu üzdən də AFFA I divizion klublarına güzəşt etməli olub.
saytlarin hazirlanmasi