"Qarabağ"lılar ermənilərə qalib gəldi VİDEO

03:45 - 15 Avqust 2013

Qurban Qurbanov futbolçularına mükafat verəcək

 

 

Albaniya yığması dünən növbəti yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, albanlar doğma divarlar arasında Ermənistanla qarşılaşıb və meydandan 2:0 hesabı ilə qalib ayrılıblar.

 

Bu oyunda “Qarabağ”ın müdafiəçiləri – Ansi Aqolli ilə Admir Teli də iştirak ediblər. Aqolli 90 dəqiqə meydanda olubsa, Admir ilk hissədən sonra əvəzlənib.

 

Xatırladaq ki, Qurban Qurbanov bu oyundan öncə tələbələrinə qalib gələcəyi təqdirdə mükafat vəd etmişdi.

 

Xəbər xətti