Elçin Məmmədov Avroliqanın "pley-off" oyununa təyinat aldı

13:11 - 15 Avqust 2013

Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin assistenti "Şaxtyor" - "Seltik"
 
UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin assistenti Elçin Məmmədov UEFA Çempionlar Liqasının pley-off oyununa təyinat alıb. 
Sportal.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Məlumatda bildirilir ki, o," pley-off" mərhələsi çərçivəsində avqustun 20-də, Astana şəhərində keçiriləcək "Şaxtyor" (Karaqandı, Qazaxıstan) - "Seltik" (Şotlandiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
 
Qeyd edək ki, Elçin Məmmədov bu vəzifəyə qədər AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri işləyib.

Xəbər xətti