Öncə "Metallist", daha sonra "Legiya"

01:35 - 16 Avqust 2013

UEFA Ukraynadan sonra Polşa klubunu da cəzalandırdı
 
 UEFA  Polşanın "Legiya Varşava" klubunu  cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, Uelsin "Nyu Seints" klubuna qarşı keçirilən oyunda azarkeşlərinin irqçi şüarlar səsləndirməsinə görə Varşava təmsilçisi 30 min avro cərimələnib.
 
Bundan əlavə Polşa klubu 27 avqust tarixində "Styaua" komandasına qarşı "Maksimir" stadionunda keçiriləcək Çempionlar Liqasının son təsnifat mərhələsi oyununda azarkeşlərin bir hissəsinin dəstəyindən məhrum olacaq.
 
Xatırladaq ki, rəsmi qurum dünən də "Metallist" Xarkivi cəzalandırmışdı.
 
 

Xəbər xətti