Dünyanın ən baxımlı iki çempionatı başlayır

12:47 - 16 Avqust 2013

Yeni mövsümə start verilir
 
Avropanın daha 3 aparıcı çempionatında futbol həyəcanı başlayır.
 
Sportal.az xəbər verir ki, bu gün Türkiyə Superliqası, sabah isə İspaniya La Liqası və İngiltərə Premyer Liqasında 2013-2014-cü il mövsümünə start veriləcək. 
 
Qardaş ölkə çempionatının ilk turunda bir oyun keçiriləcək. “Antalyaspor” öz meydanında əsas liqaya vəsiqə qazanan “Erciyəsspor”u qəbul edəcək. Tura avqustun 19-da iki oyunla – “Kayserispor” – “Sivasspor” və “Qalatasaray” – “Qaziantepspor” görüşü ilə yekun vurulacaq. 
 
İspaniya çempionatının ilk turunda isə iki oyun - “Real Sosyedad” – “Xetafe” və “Valyodolid” – “Atletik” görüşləri baş tutacaq. İkinci oyun günündə son İspaniya çempionu “Barselona” “Levante”ni, “Real” isə “Betis”i qəbul edəcək. 
 
İngiltərə Premyer Liqasının ilk turunda 7 qarşılaşma olacaq:
 
“Liverpul” – “Stok Siti”
“Norviç” – “Everton” 
“Arsenal” – “Aston Villa”
“Sanderlend” – “Fulhem”
“Vest Bromviç” – “Sauthempton” 
“Vest Hem” – “Kardiff Siti”
“Suonsi” – “Mançester Yunayted” 

Xəbər xətti