5-ci duel

15:36 - 16 Avqust 2013

Komandalar arasında keçirilən oyunlarda 10 top vurulub
 
Premyer Liqanın 2013-2014-cü illər mövsümünün 3-cü turu çərçivəsində “Bakı” doğma divarlar arasında “Rəvan”ı qəbul edəcək. 
 
Sportal.az xəbər verir ki, bu vaxta qədər komandalar 4 dəfə üz-üzə gəlib. Oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb. Komandalar arasında keçirilən oyunlarda 10 top vurulub. 6 top “Bakı”nın, 4 top isə “Rəvan”ın aktivindədir. 
 
Qeyd edək ki, Premyer Liqanın 3-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Rəvan" matçı avqustun 18-də saat 18:00-da "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutacaq.

Xəbər xətti