PFL-dən cavab gəldi: "Əsasnamədə göstərilib ki..."

14:36 - 18 Avqust 2013

Aslan Şahgəldiyev: "...qapıçının, futbolçuların forması hakimlərin geyindiyi forma ilə eyni rəngdə olmamalıdı"
 
 
Əsasnamədə göstərilib ki, qapıçının, futbolçuların forması hakimlərin geyindiyi forma ilə eyni rəngdə olmamalıdı. Hətta qapıçının geyindiyi formanın rəngi belə öz futbolçu yoldaşlarının forması ilə eyni ola bilməz".
 
Sportal.az xəbər verir ki, bu sözləri  PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
 
Premyer Liqanın III turunun açlışı oyununda "Neftçi" ilə "Simurq" klubları qarşılaşdı. Oyunda diqqət çəkən məqam isə paytaxt klubunun qapıçısı Saşa Stamenkoviçin geyindiyi formanın rəngi oyunu idarə edən hakimlərin futbolkalarının rəngi ilə eyni olması idi.Qurum rəsmisi məsələyə münasibət bildirərkən, daha sonra bunları deyib:
 
"Oyundan 1 saat  öncə hakimlər, AFFA nümayəndəsi, oyunun hakim-inspektoru, yanğınsöndürən, həkimlər və klub nümayindələri bir yerə toplanıb, iclas keçirilər. Həmin iclasda klub nümayəndələri hansı forma ilə çıxış edəcəklərini hakimlərə təqdim edirlər. Hakimlər qərar verir ki, bu formada oynamaq olar, ya yox. Bu oyun qaydasıdı. Yəni, əsasnamədə eyni rəngli forma ilə çıxış etmək olmaz".
 
Mənbə: İdmanxeber.com

Xəbər xətti