Ekvador liqasında maraqlı hadisə
 
Ekvador çempionatı çərçivəsində keçirilən  “Deportivo Quevedo” – “Barselona” oyununda maraqlı hadisə qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, komandalar arasında baş tutan matçda “Deportivo Quevedo” forması geyinən Edvin Hurtado mübahisə zamanı rəqib komandanın oyunçusu Andreas Franzoiyanın burnunu dişləyib.