"Simurq"la oyunlarımız həmişə çətin olur"

18:40 - 20 Avqust 2013

 

Əfran İsmayılov: "Digər iki oyunda zədəli olduğum üçün oynamamışam"

 

"O biri oyunlarda zədəli olduğum üçün oynamamışam artıq zədəm sağalıb və start heyətdə idim". 
 
Bu sözləri "Bakı"nı yarımmüdafiəçisi Əfran İsmayılov Sportal.az-a açıqlamasında bildirib. Gənc futbolçu "Rəvan"la oyunu da dəyərləndirib:
 
"Şükürlər  olsun ki, qələbə qazandıq. İki tur idi qələbə qazana bilmirdik. Bu gün 5:0 hesablı qələbə bizdə əhval yüksəkliyi yaratdı. Rəqib də zəif deyildi, "Rəvan"dan zəiflərdə var. Sadəcə bizim oyun alındı. Gələn tur "Simurq"la qarşılaşacağıq. Rəqib çox güclü rəqibdir, "Simurq"la oyunlarımız həmişə çətin olur". 

Xəbər xətti