Baş katib "Bavariya" - "Çelsi" oyununda

12:40 - 21 Avqust 2013

Elxan Məmmədova beynəlxalq təyinat
 
AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb.
 
Sportal.az xəbər verir ki, avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki "Eden" stadionunda keçiriləcək UEFA Superkuboku uğrunda oyunun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq. 
 
Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bavariya" (Münxen, Almaniya) və ötən mövsüm UEFA Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti