"Əcnəbilər gəlib burada yerli uşaqların yerini tuturlar"
“Rəvan”da yeni baş məşqçi Vladislav Qədirov tərəfindən komandadan uzaqlaşdırılan Bəxtiyar Soltanovun müsahibəsi:
- “Rəvan”ın yeni baş məşqçisi Vladislav Qədirov müdafiəçi Nodar Məmmədovla sənin komandadan getməyinizi istədi. Bunu necə izah edə bilərsən?
- Nə deyə bilərəm? Hər şey göz önündədir. “Rəvan” kimi komandadan hər şey gözləmək olar.
- Artıq klubla rəsmən ayrılmısan?
- Bəli, heç bir bağlılığım qalmayıb.
- “Transfer pənrəcəsi”nin bağlanmasına bir neçə gün qalmış belə bir addım atmaq nə dərəcədə doğrudur?
- Bununla bizi çətin vəziyyətdə qoydular. Guya biz gedəndən sonra güclənəcəklər?
- Axı “Bakı” ilə son oyunda cəmi 15 dəqiqə oynamısan. Sənin hazırlıqsız olduğunu müəyyənləşdirmək üçün 15 dəqiqə yetərli idi?
- Mənə də bu maraqlı gəldi. Baş məşqçi məni harada yoxladı, nə vaxt şans verdi ki, zəif olduğumu müəyyənləşdirdi? Əgər lazımi qədər oynamaq imkanı qazansam və dəyərləndirə bilməsəm, o zaman bu qərarla razılaşaram.
- Belə çıxır ki, ortada başqa səbəb var?
- Başqa səbəb nə olacaq? Yığıb gətiriblər əcnəbiləri, bizi neynirlər e. Lazımsız əcnəbilər gəlib burada yerli uşaqların yerini tutmaqla məşğuldurlar.
- Bəs bundan sonra nə edəcəksən? Təklif varmı?
- Çox az vaxt qalıb. Açığını deyim, heç bir komandadan da təklif almamışam. (forvard)
saytlarin hazirlanmasi