Ərsun Yanal: "Yüksək tempdə oynamağı öyrənməliyik "

10:47 - 22 Avqust 2013

"Bu əskikliyin mövsüm hazırlığı ilə yox, davamlılıqla bağlıdır"
 
“Oyuna balanslı başladıq. Qapımıza birinci qol vurulduqdan sonra yüksək templi, oturuşmuş və yaxşı təşkil olunmuş bir komandaya qarşı mübarizə aparmaqda çətinlik çəkdik”. Sportal.az xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal deyib. 

Türkiyəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Arsenal” klubu ilə ilk oyundakı (0:3) məğlubiyyəti şərh edib.

Yanal yüksək tempdə oynaya bilmədiklərini deyib: “Hücum qurmağa çalışarkən qapımızda ikinci qolu gördük. Oturuşmuş komandaya məğlub olduq. Bu mərhələnin ikinci oyununu oynayacağıq və “Fənərbaxça” tempini yüksəltməlidir. Daha yüksək tempdə oynamaq və bunu öyrənmək məcburiyyətindəyik. Oyuna daha çox daxil olmalıyıq. Bu əskikliyin mövsüm hazırlığı ilə yox, davamlılıqla bağlıdır. Bəzi oyunçularımız komandaya gec qatıldı. Bu dediklərim bəhanə deyil. “Fənərbaxça” tempi yüksəldəcək futbolçularla oynamalıdır”.
 

Xəbər xətti