Pantiç: "Biz artıq "Rəvan"la keçirdiyimiz oyunu unudmuşuq"

14:23 - 22 Avqust 2013

Baş məşqçi "Simurq"la oyuna komandasını ciddi hazırlaşdırır

 

"Bakı" "Simurq"la oyuna hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər saatlarında  Milinko Pantiçin rəhbərliyi ilə təlim-məşq bazasında 1,5 saat məşq edib. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev və Aqil Nabiyev məşqdə iştirak etməyib. Şəhriyar Әliyev, Junior və Rauf Əliyev komandadan ayrı çalışıblar.

 

Milinko Pantiç "Simurq"la qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb:

 

“Biz artıq "Rəvan"la keçirdiyimiz oyunu unudmuşuq. Qarşıda bizi çox güclü rəqib gözləyir. "Simurq" 90 dəqiqə meydanda oynayan komandalardandı. Buna baxmayaraq bizim əsas məqsədimiz qələbə qazanmaqdı".

 

Azərbaycan Premyer Liqasının 4-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Simurq" matçı avqustun 24 avqust saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.

Xəbər xətti