FİFA rəsmiləri Bakıda FOTOLAR

11:26 - 23 Avqust 2013

AFFA-nın bu layihədə iştirakı barədə razılıq əldə olundu
 
FIFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue və Kristian Mechels Bakıya səfər edib.
 
Sportal.az xəbər verir ki, səfər proqramı çərçivəsində FIFA rəsmiləri AFFA-nın inzibati binasında assosiasiya nümayəndələri ilə görüş keçiriblər. Görüşdə FIFA-nın İT və proqramlaşdırma sahəsində yeni tətbiq etməyə başladığı "Performance" layihəsi ilə bağlı müzakirələr aparılıb, AFFA-nın bu layihədə iştirakı barədə razılıq əldə olunub. FIFA nümayəndələri AFFA-nın İT sahəsində gördüyü işlərlə tanış olublar. 
 
 

Xəbər xətti