"Araz" Türkiyəyə gedir

11:36 - 23 Avqust 2013

Komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırır
 
Məqşlərini gündə 2 dəfə İ.Axundlu adına Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” gələn həftə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
 
Sportal.az xəbər verir ki, “Ərzurumspor” klubunun idman bazasında baş tutacaq toplanışda komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz”, 2 gün sonra “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığının ardından “Araz” Naxçıvana geri dönərək məşqlərini yerli arenada bərpa edəcək.  

Xəbər xətti