"Cərimə zərbələrini vurarkən Beyl və Ronaldonun söhbətlərinə şahidlik etmək istəyərdim"

14:16 - 24 Avqust 2013

Kenni Dalqliş: "O, hələ Messi və Ronaldodan geri qalır"

 

"Beyl xüsusi bir oyunçudur. O, bacarığı və istedadı sayəsində komandasına qələbə qazandırmağı bacaran futbolçudur. Rəqibə qorxulu anlar yaşatmağı sevir. Onun "Real"a keçidi artıq reallaşıb".

 

Sportal.az xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Kenni Dalqliş ingilis mətbuatına açıqlamasında deyib. Dalqliş baş məşqçi Ançelottinin işinin çətin olacağını da sözlərinə əlavə edib:

 

"Mən Karlo Ançelottinin Beyl və Ronaldonu hansı mövqedə oynadacağını bilmirəm. Əslində mən cərimə zərbələrini vurarkən Beyl və Ronaldonun söhbətlərinə şahidlik etmək etmək istəyərdim. Bu barədə baş məşqçinin kimə üstünlük verəcəyini maraqla gözləyirəm. 

 

Buna baxmayaraq Beyl ispan futboluna tez uyğunlaşacaq. O, Messi və Ronaldo kimi futbolçularla bir liqada oynayacaq və özünü daha da inkişaf etdirəcək. Onu deyə bilərəm ki, Beyl hələ Messi və Ronaldodan geri qalır, amma onun potensialı adının onlarla birgə çəkilməsinə zəmin yaradır.

 

"Tottenhem"in artıq Beylə ehtiyacı yoxdur. Çünki onun yerinə Soldado, Paulinyo kimi futbolçular transfer edib. Beylsiz "Tottenhem" Premyer Liqada öz sözünü deyəcək."

Xəbər xətti