Hafiz Məmmədovun "Lans"ı liderliyə yüksəldi

21:21 - 24 Avqust 2013

Fransa klubunun uğurlu çıxışı davam edir
 
Bu gün Fransa ikinci liqasında dördüncü tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədov “Lans” klubuna sahib olduqdan sonra bu komanda uğurlu çıxışını davam etdirir.
 
Yüksək liqaya vəsiqə uğrunda yarışan “Lans” bu turda "Laval"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. 
 
Qeyd edək ki, "Land of fire Azerbaijan" foması ilə çıxış edən "Lans" bu qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib - 4 oyundan 10 xal.

Xəbər xətti