75 avrokubok oyunu idarə edən hakim "Bavariya" - "Çelsi" matçında

17:20 - 26 Avqust 2013

UEFA superkubokunda isveçli referilər
 
UEFA Avropa superkuboku oyununu idarə edəcək hakimlərin adı məlum olub.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının qalibi “Bavariya” və Avroliqanın baş mükafatçısı “Çelsi” arasında görüş cümə günü, yəni avqustun 30-da Çexiyanın paytaxtı Praqa şəhərində baş tutacaq. “Eden” stadionunda keçiriləcək oyun İsveçdən olan hakimlər birqdasına həvalə olunub. UEFA-nın rəsmi saytında yer alan məlumata əsasən matçın baş hakimi Yonas Eriksson olacaq. 
 
Qeyd edək ki, Eriksson 2009-cu ildə ölkəsində ilin ən yaxşı hakimi adına layiq görülüb. O, indiyə qədər 75 avrokubok oyununda fit çalıb.  

Xəbər xətti