Braziliya yasda: ikiqat dünya çempionu vəfat etdi

18:31 - 26 Avqust 2013

Jilmar 83 yaşında dünyasını dəyişdi
 
Avqustun 25-də San-Pauluda futbol üzrə ikiqat dünya çempionu, Braziliya yığmasının futbolçusu Jilmar dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki,  83 yaşlı qapıçının ölüm səbəbi ürəktutması olub. Sentyabrın 7-də Braziliya yığması Avstraliya yığması ilə yoldaşlıq oyununa qara sarğıda çıxacaq və 1 dəqiqəlik sükutla Jilmarı yad edəcək. 
 
Jilmar peşəkar karyerasına 1951-ci ildə "Jabaçuara" klubunda başlayıb, həmin il "Korintians" klubuna keçib. 10 il "Korintians"ın qapısını qoruyan qapıçı "Santos" klubuna keçib. "Santos" ilə 2 dəfə Libertadores Kubokunu və Beynəlxalq Kuboku qazanıb.
 
Braziliya yığması ilə Jilmar 1958 və 1962-ci illərdə dünya çempionu olub. 1953, 1957 və 1959-cu illərdə yığma komanda ilə 3 dəfə Amerika Kubokunun gümüş medalçısı olub.

Xəbər xətti