Böyük oyun isveçliyə tapşırıldı

02:09 - 27 Avqust 2013

Superkubok finalını idarə edəcək hakimlərin adları bəlli oldu

 

"Bavariya” və “Çelsi” arasında keçiriləcək UEFA Superkubok matçını idarə edəcək hakimin adı müəyyənləşib.

Sportal.az xəbər verir ki, qarşılaşma Yunos Eriksonun başçılıq etdiyi hakimlər briqadasına həvalə edilib.

Qeyd edək ki, isveçli referi 2002-ci ildən beynəlxalq arenada fit çalır. 39 yaşlı referiyə yan xətt hakimləri Mattias Klasenius və Daniel Vernmark kömək olacaqlar.

Xəbər xətti