Deputat futbolçularımıza "kor" dedi

14:39 - 27 Avqust 2013

Fazil Mustafa: "Berti Foqtsun oyunlarını xatırladım və ..."

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycan futbolçularını sərt tənqid edib.

 

Sportal.az xəbər verir ki, bu barədə özünün “facebook” səhifəsində yazan deputat futbolçularımızı gözdən əlillərlə müqayisə edib: “Türkiyədən gözdən əlillərin futbol yarışına baxıram. Bu insanların həyat eşqi, idmana həvəsinə heyran qaldım. Düşündüm ki, Azərbaycanda da belə yarışların keçirilməsinə ehtiyac var. Dünya işığından məhrum olan bu insanlarda özlərinə güvən yaratmaq üçün bunu etmək vacibdir. Sonra xatırladım Berti Foqts adına Azərbaycan futbol millisinin yaxın keçmişdə Lüksemburqla, Andorra ilə oyunlarını və bu düşüncədən dərhal uzaqlaşdım. Əslində Lüksemburqun, Andorranın qapısını görə bilməyən oyunçularımız neçə illərdir gözdən əlillərdən də pis futbol oynayırlar”.

Xəbər xətti